AzQAC-ın prezidenti Novruz Aslanov Baba Vəziroğlunu yubileyi münasibətilə təbrik edib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın prezidenti Novruz Aslanov Baba Vəziroğlunu yubileyi münasibətilə təbrik edib
 President of the Azerbaijan Red Crescent Society and MP Dr Novruz Aslanov congratulates Baba Vaziroğlu on his 70th birth anniversary

10 yanvar 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Məclisinin üzvü, nasir, şair-publisist, ictimai xadim, əməkdar incəsənət xadimi “Şöhrət ordenli  Baba Vəziroğlunun anadan olmasının 70 illik yubileyi münasibətilə “Azərbaycan Qızıl Aypara Cəmiyyətinin  100 İllik Yubiley medalı” ilə təltif edib. Tədbirdə N.Aslanov Baba Vəziroğlunun keçdiyi şərəfli həyat və yaradıcılıq yolundan bəhs edib. Daha sonra Cəmiyyətin Vitse-prezidentləri Q.Əsgərzadə və R.Əliyev yubilyarı təbrik edərək, onunla bağlı öz fikirlərini söyləyiblər.
Sonda Baba Vəziroğlu təbrik və təltifə görə rəhbərliyə və kollektiv üzvlərinə minnətdarlığını bildirib.