16 yanvar 2024-cü il tarixində AzQAC-ın baş ofisində
Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında iki
tərəfli görüş keçirilib.
Görüşdə AzQAC-ın prezidenti cənab Novruz Aslanov, İcraçı
katib Ceyhun Mirzəyev, BQXK Azərbaycandakı nümayəndəliyinin başçısı xanım
Dragana Koiç, BQXK Əməkdaşlıq şöbəsindən Agueda Aguilar Garcia Rəvanə Həsənli iştirak
edib.
Görüşü giriş sözü ilə açan Novruz Aslanov qonaqları
AzQAC-ın kollektivi, çoxsaylı könüllüləri və üzvləri adından
salamlayıb. Ənənəvi olan görüşün əsas məqsədi iki təşkilat arasında əməkdaşlıq
çərçivəsində aparılan işlərin və gələcəkdə planlaşdırılan fəaliyyətlərin
müzakirəsi olub.
BQXK-ın Azərbaycandakı nümayəndəliyinin başçısı
xanım Dragana Koiç isə öz növbəsində iki təşkilat arasında mövcud olan səmərəli
əməkdaşlıqdan, birgə fəaliyyətlər haqqında danışıb. O, birgə həyata keçirilən fəaliyyətlərdən
və layihələrdən danışaraq qarşılıqlı işgüzar münasibətlərin yüksək səviyyədə
olduğunu xüsusi qeyd edib.