23 yanvar 2024-cü il tarixində Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin və Türk Kızılayının əməkdaşları Şuşa rayon Malıbəyli kənd 1
Nömrəli tam orta məktəbini ziyarət edib. Tədbirdə Türk Kzılayın nümayəndəsi
Hüseyn Çıtak, AzQAC Sabunçu rayon bölməsinin
sədri İlham Kərimov, AzQAC Qarabağ regionu üzrə koordinatoru Afaq Hüseynzadə və
Azərbaycan Texniki Universiteti üzrə AzQAC komitənin sədri müavini Atabəy Rəşidli
iştirak edib.
Tədbirin əsas məqsədi məktəblilərə İlkin Tibbi
Yardım haqqında geniş məlumat vermək olub. Ümumilikdə 25 uşaq iştirak edib. Tədbirin
sonunda suallara cavab verilib və iştirakçılara sertifikatlar verilib.
Tədbirin əsas məqsədi məktəblilərə İlkin Tibbi Yardım haqqında geniş məlumat vermək olub. Ümumilikdə 25 uşaq iştirak edib. Tədbirin sonunda suallara cavab verilib və iştirakçılara sertifikatlar verilib.