AzQAC və Türk Kızılayı birlikdə Şuşa rayon Malıbəyli kəndin məktəbini ziyarət edib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC və Türk Kızılayı birlikdə Şuşa rayon Malıbəyli kəndin məktəbini ziyarət edib
 A group of staff members of the Azerbaijan Red Crescent Society together with representatives of the Delegation of the Turkish Red Crescent Society in Azerbaijan visited the Malybeyli village school of the Shusha district

23 yanvar 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və Türk Kızılayının əməkdaşları Şuşa rayon Malıbəyli kənd 1 Nömrəli tam orta məktəbini ziyarət edib. Tədbirdə Türk Kzılayın nümayəndəsi Hüseyn Çıtak,  AzQAC Sabunçu rayon bölməsinin sədri İlham Kərimov, AzQAC Qarabağ regionu üzrə koordinatoru Afaq Hüseynzadə və Azərbaycan Texniki Universiteti üzrə AzQAC komitənin sədri müavini Atabəy Rəşidli iştirak edib.
 
Tədbirin əsas məqsədi məktəblilərə İlkin Tibbi Yardım haqqında geniş məlumat vermək olub. Ümumilikdə 25 uşaq iştirak edib. Tədbirin sonunda suallara cavab verilib və iştirakçılara sertifikatlar verilib.