AzQAC Sumqayıt şəhər bölməsinin Gənclər Mərkəzində İlk Yardım təlimi keçirilib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsinin Gənclər Mərkəzində İlk Yardım təlimi keçirilib
30
yanvar 2024-cü il tarixində AzQAC Sumqayıt şəhər bölməsi və Ailə və Uşaqların
Sosial İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı
ilə bölmənin gənclər mərkəzində könüllülərə İlk Yardım seminarı
keçirilib.
AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova dinləyiciləri
salamlayaraq təlimin vacibliyi haqqında məlumat verib. Daha sonra AzQAC
Sumqayıt şəhər bölməsinin Fövqəladə Mobil Könüllü Dəstəsinin üzvü
Sona Nəzərova könüllülərə huşsuz nəfəs alan və bərpa vəziyyəti, tənəffüs
yollarının tutulması, qanaxma, sınıqlar, yaralar və yanıqlar mövzusu ətrafında
geniş məlumat verib və praktiki olaraq göstərilib.
Seminarın sonunda
könüllüləri maraqlandıran suallar cavablandırılıb.