Respublika əhalisinin sağlamlığının mühafizəsi dövlət siyasətinin mühim tərkib hissəsi olaraq, AzQAC-ın həyata keçirilən fəaliyyətlərin prioritet sahələrindəndir. “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində fəaliyyətlər AzQAC-ın Sağlamlıq və Qayğı şöbəsinin koordinasiyası ilə Cəmiyyətin RM və RB işçi heyəti və könüllü sağlamlıq işçiləri vasitəsilə həyata keçirilir. Cəmiyyətin Respublikada həyata keçirdiyi «İcmaya əsaslanan səhiyyə maarifi işinin təşkili», “Könüllü təmənnasız qan donorluğunun inkişafı”, «QİÇS/Vərəm xəstəliyi ilə mübarizə», «İcmaya əsaslanan İlk Yardım, İlk psixoloji Yardım” proqramları səhiyyə yönümlü dövlət və QHT-la əməkdaşlıq çərçivəsində birgə həyata keçirilir.