AzQAC-da istehsalat təcrübəsi keçən tələbələrlə görüş keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-da istehsalat təcrübəsi keçən tələbələrlə görüş keçirilib
A meeting was held with students undergoing internship at AzRCS

19 yanvar 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətində bir sıra Universitetlərin-Azərbaycan Dillər Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Slavyan Universiteti və Qərbi Kaspi Universitetlərinin istehsalat təcrübəsi keçən tələbələri ilə görüş keçirilib.

Görüşdə AzQAC-ın Vitse-prezidenti Qafar Əsgərzadə, Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova və Gənclər komitəsinin sədri Türkanə Atakişiyeva tələbələr istehsalat təcrübəsi haqqında, AzQAC-ın fəaliyyət istiqamətləri barədə geniş məlumatlandırılıb.

Sonda isə tələbələri maraqlandıran suallar cavablandırılıb.