AzQAC nəzdində miqrantlara Azərbaycan dili kursu tədris edilir

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC nəzdində miqrantlara Azərbaycan dili kursu tədris edilir
Azerbaijani language course is taught to migrants under AzRCS

Ölkənin ən böyük milli humanitar təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyətində ölkəmizdə məskunlaşmış miqrantlara təmənnasız Azərbaycan dili kursu öz fəaliyyətini davam etdirir.


Dərslər öz əvvəlki mütəşəkkilliyini və aktivliyini saxlayaraq dinləyici çoxluğu ilə davam etməkdədir. Vaxtaşırı yazı və dərs materialları ilə təmin olunan pakistanlı, əfqan və iranlı tələbələr dərslərdə aktiv iştirak edir. Onlar müəllimin tapşırıqlarına məsuliyyət və həvəslə yanaşır, dili öyrənmək üçün əllərindən gələni əsirgəmirlər. Azərbaycan əlifbası həvəslə öyrədilir, yeni sözlər, qrammatik qaydalar lövhədə tələbələr tərəfindən yazılır və cümlələrdə işlədilir.


Dərslərdə Azərbaycan xalq folklorundan nümunələrdən bəhs edilir, mətnlər oxunur, şeirlər öyrədilir. Tələbələrə onları nağıl etmək, dialoqlar tərtib etmək, öz xalq folkloru nümunələrini Azərbaycan dilində yazıb gətirmək və danışmaq tapşırılır.


Azərbaycan dili ilə yanaşı onlara ölkə tarixi, coğrafiyası, ədəbiyyatı, mətbəxi, adət-ənənələrindən də maraqlı məqamlar danışılır və vaxtaşırı ölkədaxili və şəhərdən kənar müddətində 2 dəfə şəhərdən kənarda tarix və mədəniyyət ocaqlarına səfəri təşkil edilir. Bayramlarda onlar xeyirxah təşkilatlar tərəfindən tədbirlərə dəvət edilir, hədiyyələr və münasib yardımlarla sevindirilirlər.


Onların sağlamlıq barədə məlumatlanması da diqqətdən kənarda qalmır. Sağlamlıq və Qayğı şöbəsinin müdiri Əminə Cabbarova, icma əsaslı layihələr koordinatoru Mətanət Qaraxanova və kursun müəllimi Sona Hacıyeva tərəfindən davamlı olaraq “Yoluxucu xəstəliklər, onların profilaktikası və yayılması yolları”, “İlk Yardım” təlimindən gündəlik məişətdə rast gəldikləri hadisələrin idarə olunması üçün məlumatlar verilir.