AzQAC rəhbər işçi heyəti Xankəndində yaşayan erməni əsilli sakinləri ziyarət ediblər

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC rəhbər işçi heyəti Xankəndində yaşayan erməni əsilli sakinləri ziyarət ediblər
AzRCS management team visited residents of Armenian descent living in Khankendi

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov və AzQAC-ın rəhbər işçi heyəti Xankəndində yaşayan  erməni əsilli sakinləri ziyarət ediblər. Ziyarət zamanı onlarla müvafiq  söhbətlər aparılıb , həmçinin ərzaq və gigiyenik dəstlər təqdim olunub.

Daha sonra AzQAC-ın prezidenti cənab Novruz Aslanov bu görüşün hər kəs üçün çox əhəmiyyətli olduğunu bildirib və səfərin davamlı olacağını , onların həmişə diqqət mərkəzində olduqlarını vurğulayıb. Erməni əsilli sakinlər humanitar yardımla bağlı AzQAC-ın əməkdaşlarına və cənab  Novruz Aslanova öz təşəkkürlərini bildirmişlər.

Sonda isə xatirə şəkli  çəkilib.