Hər il olduğu kimi bu ildə bölmə könüllüləri bir araya toplaşaraq 8 Mart – “Beynəlxalq Qadınlar Günü”nü AzQAC Sumqayıt Regional Mərkəzinin Koordinatoru Mətanət Məhərrəmova ilə birgə qeyd ediblər. İlk öncə Mətanət Məhərrəmova bayram münasibətilə könüllü xanımlarımızı təbrik edərək, hər birinə uzun ömür, ailə səadəti, karyeralarında və aktiv humanitar fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Könüllü oğlanlarımız da növbəli şəkildə xoş arzularını bildiriblər.