Təməli
1920-ci ildə general-leytenant Əliağa Şıxlinski tərəfindən qoyulan Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin bu il 104 illiyi AzQAC Sumqayıt şəhər bölməsinin
kollektivi tərəfindən qeyd olunub.
2008-ci ilin aprel ayının 7-də Möhtərəm
Prezidentimiz İlham Əliyev cənablarının sərəncamı ilə hər il 10 mart
Respublikamızda “Qızıl Aypara Günü” kimi qeyd olunur. Bu bayram münasibəti ilə
Qızıl Aypara Cəmiyyətinin Prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov
başda olmaqla, Cəmiyyətin bütün əməkdaşlarını, çoxsaylı könüllüsünü, cəmiyyətin fəaliyyətinə
dəstək olan tərəfdaşlarımızı, qəlbi mərhəmətlə döyünən üzvlərimizi
gün münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə humanitar fəaliyyətinizdə
tükənməz enerji, davamlı uğurlar arzulayırıq.