AzQAC Bərdə rayon bölməsində İlk Yardım təlimi keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Bərdə rayon bölməsində İlk Yardım təlimi keçirilib
 First Aid training was held in AzRCS Barda district branch

27-28-29 Fevral 2024-cü il tarixlərində Bərdə şəhəri Təməl İlk Yardım təlimində iştirak edən  FMKD  könüllüləri üçün Qabaqcıl İlk Yardım (QƏM) təlimi keçirilmişdir. Təlimin əsas təlimçisi AzQAC İlk Yardıma məsul şəxs və Ağdam rayon bölməsinin könüllüsü olub.


Təlimin əsas məqsədi könüllülərin davamlılığını gücləndirməklə və icma daxilində İlk Yardım məlumatlılığını artırmaqla həm gündəlik vəziyyətlərdə, həm də fövqəladə hallarda yaralanmalarla mübarizə aparmaq üçün icmaların bacarıqlarını artırmaqdan ibarət olub. Təlimdə 8 rayon bölməsinin (Ağdam,  Bərdə, Cəbrayıl, Füzuli, Qazax, Tərtər, Tovuz və Xocavənd) hər birindən 3 könüllü olmaqla 24 könüllü iştirak edib.


Təlim 3 gün müddətində davam edib. Könüllülərimiz təlim boyu müxtəlif praktiki məşğələlərdə və nəzəri məşğələlərdə fəal iştirak ediblər. Əsas mövzular İlk Yardım nədir və İlk Yardım zamanı yardımçının əsas rolu, zərərçəkmişin müayinəsi, bərpa və ÜAR massajı, tənəffüs yollarında yad cisim, boğulma, qanaxma və şokun idarə edilməsi, yaralar, batıb qalmış yad cisim, yanıqlar və onların növləri sınıqlar mövzularını əhatə edib.