AzQAC-ın 7 rayon bölməsində İlk Yardım sessiyaları keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın 7 rayon bölməsində İlk Yardım sessiyaları keçirilib
First Aid sessions were held in 7 regional units of AzRCS

11 Mart 2024-cü il 7 rayon bölməsi- Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Qazax, Tərtər və Tovuz ilk dəfə rayon və kəndlərdə yerləşən bağçalarda İlk Yardım sessiyası həyata keçiriblər. Ağdam rayon bölməsinin Quzanlı qəsəbə 2 körpələr evi - uşaq bağçasında 12 nəfər, Bərdə rayon bölməsinin Həsənqaya körpələr evində 19 nəfər, Cəbrayıl rayon bölməsinin Cocuq Mərcanlı uşaq bağçasında 14 nəfər, Füzuli rayon bölməsinin Əhmədbəyli körpələr evi uşaq bağçasında 17 nəfər, Qazax rayon bölməsinin Xanlıqlar kənd körpələr evində 15 nəfər, Tərtər rayon bölməsinin Seydimli kənd,Şəhid Əli Vəliyev adına körpələr evi uşaq bağçasında 15 nəfər, Tovuz rayon bölməsinin 6 saylı uşaq bağçasında 17 nəfər iştirak ediblər.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) 104 ili münasibəti ilə yeni layihənin məhz doğum günümüzdə başlanması da təsadüfi deyil. Sessiyanın əsas məqsədi bağçalarda  İlk Yardım məlumatlılığını artırmaqla həm gündəlik vəziyyətlərdə, həm də fövqəladə hallarda, uşaqların təhlükəsizliyi naminə ilk yardım bacarıqlarını artırmaqdan ibarət olub. Könüllülərimiz sessiya boyu müxtəlif praktiki və nəzəri məşğələlər nümayiş etdiriblər. Əsas mövzular İlk yardım və şəxsi təhlükəsizliyin təmin olunması, huşu özündə olmayan, nəfəs alan zərərçəkmiş insanlarda bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, böyüklərdə və uşaqlarda boğulma, qanaxma və yaralar, qıcolma mövzularından danışılıb.

Sessiya hər bir  rayon bölməsinin 2 könüllüsü tərəfindən həyata keçirilməklə, 4 saat müddətində davam edib.