Fövqəladə Mobil
Könüllü Dəstələrin (FMKD) müntəzəm fəaliyyətlərinin bir hissəsi olaraq,
FMKD-nın üzvləri Mobil İlk Yardım Postlarının təşkilini davam edirlər. İlk Yardım
Postları Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) rayon bölmələri
tərəfindən ən azı ayda bir dəfə ictimaiyyətin toplaşdığı yerlərdə təşkil
edilir. Bu tədbirinin əsas məqsədi FMKD-nın könüllülərini ictimaiyyətə təqdim
etmək və AzQAC-ın rayon bölmələri tərəfindən təqdim olunan İlk Yardım
xidmətlərini nümayiş etdirməkdir. Belə müntəzəm tədbirlərin təşkili həm də
FMKD-nın könüllülərinə İlk Yardım texnikalarını tez-tez tətbiq etmək və
biliklərini möhkəmləndirmək imkanı verir. Tədbir zamanı könüllülər iştirakçılara
ilk yardımın əsasları, huşsuz nəfəs alan, bərpa vəziyyəti, tənəffüs
yollarının tutulması, qanaxma, sınıqlar, zəhərlənmələr, yanıqlar kimi
əhəmiyyətli mövzular haqqında geniş məlumat verir və praktiki məşğələlər
nümayiş edirlər. Tədbirdə ilk yardım bilikləri ilə yanaşı, Qızıl Xaç və
Qızıl Aypara Hərəkatı, o cümlədən AzQAC-ın müvafiq rayon bölməsinin
fəaliyyətləri haqqında qısa məlumat verilir.
Belə ki, 2024-cü
ilin fevral ayında AzQAC-ın Tərtər, Ağdam, Füzuli, Bərdə, Cəbrayıl və
Tovuz bölmələrinin Fövqəladə Mobil Könüllü Dəstələrinin üzvləri
tərəfindən ümumilikdə 8 Mobil İlk Yardım Postu tədbiri təşkil edilib.