AzQAC-ın
Pirallahı rayon bölməsində birgə təşkilatçılığı
ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranması ilə bağlı tədbir
keçirilib. Tədbirdə məktəbin direktoru
Lamiyə Quliyeva, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin sədri,
Təranə İskəndərova, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə məsul şəxslər çıxışlar edərək, mövzu ətrafında şagirdləri geniş şəkildə məlumatlandırıblar. Tədbirdə çıxış edən natiqlər humanizm və könüllülük prinsipinə əsaslanaraq xeyriyyəçilik sahəsində fəaliyyət göstərən, dövlətin və xalqın dəstəyinə arxalanaraq humanitar problemlərin həllində fəal iştirak etmiş, 104 il şərəfli inkişaf yolu keçmiş Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranma tarixindən, göstərdiyi səmərəli fəaliyyətdən danışaraq qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti özünün yeni inkişaf dövrünə qədəm qoyub. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri üzvü, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlar Cəmiyyətin statusunun, fəaliyyət istiqamətlərinin, hüquqi əsaslarının müəyyən edilməsi baxımından mühim addım olduğu vurğulanıb. Daha sonra mövzularla əlaqəli video-çarxlar nümayiş olunub.