AzQAC Naftalan bölməsində İlk Yardım tədbiri keçirilib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Naftalan bölməsində İlk Yardım tədbiri keçirilib
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Naftalan şəhər Səməd Vurğun adına tam orta məktəbdə " İlk Yardım " mövzusunda şagirdlərə tədbir keçirilib. Əsas mövzular İlk Yardım nədir və İlk Yardım zamanı yardımçının əsas rolu, zərərçəkmişin müayinəsi, bərpa və ÜAR massajı, tənəffüs yollarında yad cisim, boğulma, qanaxma və şokun idarə edilməsi, yaralar, batıb qalmış yad cisim, yanıqlar və onların növləri sınıqlar mövzularını əhatə edib.