14 mart 2024-cü il tarixində “Grandmart” marketlər şəbəkəsi ilə ikitərəfli əməkdaşlıq çərçivəsində görüş keçirildi.
AzQAC-ın Vitse-prezidenti Qafar Əsgərzadə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun adından hər kəsi salamladı. Qısa olaraq Cəmiyyətin humanitar fəaliyyətindən, qazandığı uğurlardan, əməkdaşlıq, tərəfdaşlıq əlaqələrindən bəhs etdi. Vitse-prezident Rövşən Əliyev Fandreyzinq şöbəsinin əhəmiyyətinin vacibliyini xüsusilə qeyd etdi. “Grandmart” şirkətlər qrupu ilə olan uzun müddətli əməkdaşlığa və humanitar yardımlara görə təşəkkürlərini bildirdi.
Sonda “Grandmart” marketlər şəbəkəsinin əməkdaşları AzQAC-ın Fəxri Fərmanı ilə təltif olundular. Onlar da diqqətə görə Cəmiyyət rəhbərlərinə minnətdarlıqlarını bildirdilər.