AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov doğum günü münasibəti ilə təbrik edildi
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov doğum günü münasibəti ilə təbrik edildi
19 mart 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Cəmiyyətin rəhbər heyəti və kollektivi tərəfindən təbrik edildi.
Giriş sözünü açan AzQAC-ın Vitse-prezidenti Qafar Əsgərzadə Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovu AzQAC İdarəetmə Şurası, rəhbərliyi və bütün kollektivi adından təbrik etdi, möhkəm can sağlığı, gələcək işlərində uğurlar arzuladı. O, qısa nitqində N.Aslanovun Cəmiyyətin fəaliyyətindəki uğurlarından, əməkdaşlar üçün yaratdığı şəraitdən, gənclərə və könüllülərə göstərdiyi diqqət və qayğıdan, Qızıl Xaç və Qızıl Aypara Hərəkatının rolundan söz açdı.
Novruz Aslanov öz nitqində təbriklərə, ünvanına deyilən xoş sözlərə, kollektivə və bütün üzvlərə təşəkkürünü bildirdi. O, Cəmiyyətin inkişafı naminə bundan sonra da var-qüvvəsi ilə çalışacağını bildirdi, daha sonra öz tövsiyələrini çatdırdı.