Uzun müddətdir əməkdaşlıq etdiyimiz "PAŞA Həyat " ASC hər il olduğu kimi bu Novruz bayramında da ahıllarımıza bayram bağlamalarının hazırlanmasında köməklik göstərib. AzQAC Sumqayıt Regional Mərkəzin koordinatoru Mətanət Məhərrəmova “Paşa Həyat ASC-nin əməkdaşı Aysun Şahəliyevanı salamlayıb, hər bayramda ahıllara göstərdikləri diqqət üçün onlara minnətdarlığını bildirib. Bayram sovqatları alan ahıllar da öz növbələrində xeyriyyəçi təşkilat nümayəndəsinə onları bu bayramda sevindirdikləri üçün təşəkkür ediblər.
Daha sonra yataq xəstələri evlərində ziyarət olunaraq, bayram sovqatları ilə sevindirilib. Bayram bağlamalarının paylanılmasında bölmə könüllüləri fəal iştirak ediblər.