2024-cü il 24 Mart - Ümumdünya Vərəmlə Mübarizə Gününün mövzusu “Bəli! Vərəmi aradan qaldıra bilərik!” olmuşdur.
Bununla
bağlı Bakı və regionlarda silsilə tədbirlər həyata keçirilmişdir. AzQAC sağlamlıq
işçiləri - könüllülər üçün seminar təşkil olunmuşdur. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat
Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən elmi-praktik konfrans
keçirilmişdir. Tədbirdə Səhiyyə
Nazirliyi, Ədliyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,
TƏBİB-in rəsmiləri, Milli Məclisin deputatları, aidiyyəti vətəndaş cəmiyyəti
institutlarının nümayəndələri (Vərəm əleyhinə QHT Koalisiyasının) və digərləri
iştirak ediblər. "Stop Vərəm'" Tərəfdaşlığının ("Stop TB"
Partnership) icraçı direktoru Luçika Ditiunun, ÜST Vərəm üzrə mütəxəssisi Oqtay
Gözalov tədbir iştirakçılarına ünvanladığı videomüraciətlər təqdim edilmişdir.
Adı
çəkilən konfransda Azərbaycan Vərəmlə mübarizə QHT Koalisiyasının üzvü olan
AzQAC-ın nümayəndələri Vitse-prezident Qafar Əsgərzadə, Sağlamlıq və Qayğı şöbəsinin
müdiri Əminə Cabbarova, Miqrasiya şöbəsinin
mütəxəssisi Sona Hacıyeva və Sağlamlıq proqramlar üzrə mütəxəssis Mətanət
Qaraxanova iştirak etmişlər.