8 aprel 2024-cü il tarixində Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin Baş ofisində Bakıda səfərdə olan İran Qızıl Aypara Cəmiyyətinin
prezidenti Pirhüseyin Kolivəndin rəhbərlik etdiyi nümayəndə heyəti ilə AzQAC-ın
prezidenti, millət vəkili Novruz Aslanov arasında görüş keçirilib. Görüşdə İran
Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəsi Səid Kənani, İranın Azərbaycandakı
səfirinin müavini Seyid Cəfər Ağayi, İran səfirliyinin əməkdaşı Fərhad Purəlixanı,
İran Xarici İşlər nazirliyinin nümayəndəsi Məcid Feyzullahi, AzQAC-ın Vitse-prezidenti
Qafar Əsgərzadə və İcraçı Katibi Ceyhun Mirzəyev iştirak etmişlər.
Görüşü giriş sözü ilə açan Novruz Aslanov qonaqları AzQAC-ın kollektivi, çoxsaylı könüllüləri və üzvləri adından salamlayıb. Görüşün əsas məqsədi iki təşkilat arasında humanitar sahədə əməkdaşlıq çərçivəsində aparılan işlərin və gələcəkdə planlaşdırılan fəaliyyətlərin geniş müzakirəsi olub.
Görüşdə İran
Qızıl Aypara Cəmiyyətinin prezidenti Pirhüseyin Kolivənd İran Qızıl Aypara Cəmiyyətinin
Azərbaycandakı tibbi klinikasının həyata keçirdiyi fəaliyyətlər və layihələrdən
danışaraq qarşılıqlı işgüzar münasibətlərin yüksək səviyyədə olduğunu, bir çox
insana humanitar yardımın göstərildiyi xüsusi vurğulayıb.
Daha sonra AzQAC-ın rəhbərliyi və İran Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyəti ilə birgə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanı ziyarət olunub.