Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Lu-Mun Holding” MMC ilə birgə humanitar-xeyriyyə aksiyasını reallaşdırıb. Xeyriyyə aksiyası 11 aprel 2024-cü il tarixində Neftçala rayon mərkəzində və Zaqatala rayonu ərazisində həyata keçirilib.
Layihə
çərçivəsində 1,5 tondan artıq humanitar yardım ərzaq məhsulları 80 ailəyə (təxminən
240 şəxsə) çatdırılıb. Bildirək ki, hər bir qutuda 18 kiloqramdan artıq, ailə tərkibi,
əsasən, 3-5 nəfərdən ibarət aztəminatlı ailələrə və tənha qocalara bir aylıq
qidalanma üçün nəzərdə tutulmuş sayda, müxtəlif çeşidlərdə ərzaq məhsulları
paylanılıb.
Tədbirdə “Lu-Mun” holdinqin törəmə şirkəti olan “Azerbaijan Fish Farm” əməkdaşları da iştirak ediblər.
Humanitar yardım alan sakinlər AzQAC-a və ”Lu-Mun Holding” şirkətinə öz təşəkkürlərini bildiriblər.