AzQAC tərəfindən Peşə Təhsil Mərkəzində “Sağlamlığın qorunması” ilə bağlı tədbir keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC tərəfindən Peşə Təhsil Mərkəzində “Sağlamlığın qorunması” ilə bağlı tədbir keçirilib
 The Azerbaijan Red Crescent Society holds a "Health promotion" event at the Vocational Education Centre

Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində 15 apreldə İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində “Ümumdünya Sağlamlıq Günü” ilə əlaqədar maarifləndirmə tədbiri keçirilib. Tədbirdə AzQAC baş idarəsinin əməkdaşı, tibb elmləri üzrə fəlsəfə doktoru Mətanət Qaraxanova, AzQAC Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova, AzQAC Sumqayıt şəhər bölməsinin sədri Şəhriyar Əliyev, baş təlimatçı Lalə Cəlilzadə də iştirak edib. Qonaqları salamlayan Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov təhsil müəssisəsinin fəaliyyət istiqamətlərindən danışıb, həmçinin, sağlamlıq hüququnun təmin edilməsinin və sağlam həyat tərzinin təbliğ olunmasının əhəmiyyətini diqqətə çatdırıb. Tədbirdə çıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq proqramının eksperti, tibb elmləri üzrə fəlsəfə doktoru Mətanət Qaraxanova sağlamlığın qorunması, düzgün qidalanma, sağlam həyat tərzi ilə bağlı, eləcə də AZQAC-ın həyata keçirdiyi tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verib. Mətanət Qaraxanova və Mətanət Məhərrəmova interaktiv şəraitdə keçən tədbirdə tələbələri maraqlandıran sualları cavablandırıblar.


Tədbirin sonunda xatirə şəkilləri çəkilib.