Belə ki, AzQAC-ın Nizami rayon bölməsi, Türk Qızıl Aypara nümayəndəsi Hüseyin Çıtak və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Baş katibinin müavini Elşən Səlimzadə ilə birlikdə Azərbaycan Uşaqlar Birliyi -Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə gedərək, onların gündəlik qayğıları ilə maraqlanıb, onlara xoşbəxt gələcək arzulayıblar.
Sonda
uşaqlar üçün Ramazan ayı münasibəti ilə 20 qutu ərzaq yardımı paylanılıb və
xatirə şəkli çəkilib. Uşaqlar onlara göstərilən qayğıya görə öz minnətdarlıqlarını
bildiriblər.