26 aprel 2024-cü il tarixində bölmə sədrləri ilə AzQAC-ın Vitse-prezidenti Qafar Əsgərzadə və İdarə-rəisi-Vitse-prezidenti Əziz Qocayev arasında görüş keçirildi.
Giriş
sözünü açan Qafar Əsgərzadə AzQAC-ın prezidenti, Milli Məclisin deputatı
Novruz Aslanov adından bütün iştirakçıları salamladı. AzQAC prezidentinin 17
aprel 2024-cü il tarixli 044№ li əmrinə əsasən yerli bölmələrdə hesabat-seçki
konfranslarının yüksək səviyyədə keçirilməsi ilə bağlı qərar qəbul olunduğunu
qeyd etdi.
Konfransların nizamnaməyə uyğun keçirilməsi, ilk təşkilatlardan yerli bölmə konfranslarına nümayəndələrin seçilməsi qaydası, protokolların tərtibi və s təşkilati məsələlər müzakirə edildi.
Sonra
məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.