22-26 aprel 2024-cü il tarixlərində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tovuz, Tərtər, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl və Goranboy rayon bölmələrinin könüllülərinə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təlimçiləri tərəfindən 5 günlük “Mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr” mövzusunda Şəmkir şəhərində təlim keçirilib.
Tədbirin əsas məqsədi könüllülərin bilik və bacarıqlarının artırılması, gələcək fəaliyyətlərində peşəkarcasına əhali arasında maarifləndirmə işlərinin uğurla həyata keçirilməsi olub.
Tədbirdə Cəmiyyətin
Silahlara Qarşı Mübarizə proqramının koordinatoru Məmməd Kətanov, Renat
Vəliyev, ANAMA-nın təlim üzrə mütəxəssisləri Ceyhun Quliyev və Fikrət Vəliyev
iştirak ediblər.
Təlimi müvəffəqiyyətlə
bitirmiş iştirakçılara ANAMA tərəfindən “Təlimçilərin Təlimi” şəhadətnaməsi və
“Təlimat Kitabçası” təqdim olunub. Tədbirin baş tutması və uğurla həyata keçirilməsinə görə Azərbaycan
Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri cənab Vüqar
Süleymanova şəxsən dərin minnətdarlığımızı və gələcəkdə əməkdaşlığın uğurla
inkişafına ümüdvar olduğumuzu bildiririk.
Tədbirin sonunda
iştirakçılarla xatirə şəkli çəkilib.