AzQAC təşkilatçılığı ilə Şəmkir rayon bölməsində könüllülərə təlim keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC təşkilatçılığı ilə Şəmkir rayon bölməsində könüllülərə təlim keçirilib
Training was held in the Shamkir district unit under the organization of AzRCS

22-26 aprel 2024-cü il tarixlərində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin  Tovuz, Tərtər, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl və Goranboy rayon bölmələrinin könüllülərinə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təlimçiləri tərəfindən 5 günlük “Mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr” mövzusunda  Şəmkir şəhərində təlim keçirilib.


Tədbirin əsas məqsədi könüllülərin bilik və bacarıqlarının artırılması, gələcək fəaliyyətlərində peşəkarcasına əhali arasında maarifləndirmə işlərinin uğurla həyata keçirilməsi olub. 



Tədbirdə Cəmiyyətin Silahlara Qarşı Mübarizə proqramının koordinatoru Məmməd Kətanov, Renat Vəliyev, ANAMA-nın təlim üzrə mütəxəssisləri Ceyhun Quliyev və Fikrət Vəliyev iştirak ediblər.


Təlimi müvəffəqiyyətlə bitirmiş iştirakçılara ANAMA tərəfindən “Təlimçilərin Təlimi” şəhadətnaməsi və “Təlimat Kitabçası” təqdim olunub. Tədbirin baş tutması və uğurla həyata keçirilməsinə görə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri cənab Vüqar Süleymanova şəxsən dərin minnətdarlığımızı və gələcəkdə əməkdaşlığın uğurla inkişafına ümüdvar olduğumuzu bildiririk.


Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkilib.