AzQAC Sumqayıt rayon bölməsi 2024-cü ilin l rübünə həsr olunmuş görüş keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt rayon bölməsi 2024-cü ilin l rübünə həsr olunmuş görüş keçirilib
AzRCS Sumgayit district branch held a meeting dedicated to the first quarter of 2024

AzQAC Sumqayıt Regional Mərkəzinin ofisində l rübün yekununa və növbəti hesabat-seçki konfransına hazırlıqlarla bağlı görüş keçirilib. Görüşdə Sumqayıt rayon bölməsinə daxil olan Sumqayıt, Quba, Qusar, Xaçmaz, Siyəzən, Qobustan, Abşeron, Şabran rayon bölmələrinin sədrləri iştirak ediblər.
 
AzQAC Sumqayıt bölməsinin koordinatoru Mətanət Məhərrəmova Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti, idarə rəisi Əziz Qocayevi və bölmə sədrlərini salamlayaraq,gündəlikdə duran məsələlər barədə məlumat verdi. Bölmə sədrləri 3 ayda gördükləri işlər barədə məlumat veriblər.
 
Vitse-prezident,idarə rəisi Əziz Qocayev qarşıda keçiriləcək hesabat-seçki konfransına hazırlıqlarla bağlı AzQAC Baş İdarəsinin prezidenti, Millət vəkili Novruz Aslanovun və öz tövsiyyələrini bölmə sədrlərinə çatdırıb.
 
Görüşün sonunda xatirə şəkli çəkildi.