Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nağd Pul və Vauçer Yardımı üzrə Səviyyə 2 Təlimi təşkil edib

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nağd Pul və Vauçer Yardımı üzrə Səviyyə 2 Təlimi təşkil edib
The Azerbaijan Red Crescent Society conducted CVA Level 2 Training

AzQAC 22-25 aprel 2024-cü il tarixləri arasında dörd günlük Nağd Pul və Vauçer Yardımı (NPVY) 2-ci Səviyyə təlim proqramı təşkil edib. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) və Avropa İttifaqının (Aİ) texniki və maliyyə dəstəyi ilə keçirilən bu təlim nağd köçürmələr üzrə humanitar yardım imkanlarını gücləndirmək məqsədi daşıyırdı.


Təlim proqramında baş ofis əməkdaşları, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin regional mərkəz və bölmələrinin koordinator, sədr və könüllüləri iştirak ediblər. Təlimin məzmunu Nağd Pul və Vauçer Yardımı, Qiymətləndirmə, Bazarın təhlili, Cavab təhlili, Hədəfləmə, Köçürmə dəyərinin müəyyən edilməsi, Risk analizi, İcma ilə əlaqələr və hesabatlılıq, Maliyyə xidməti təminatçısının qiymətləndirilməsi və seçilməsi (FSP), nağd yardımın paylanılması və nağdlaşdırılması prosesindən tutmuş monitorinq üsullarına qədər gender və inklüzivlik kimi tematik sahələrə qədər geniş mövzuları əhatə edirdi.


Təlim AzQAC-nin NPVY üzrə məsul şəxsi, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nuranə Qasımzadə, IFRC-nin Cənubi Qafqaz üzrə NPVY nümayəndəsi Hanifi Kınacı və Türk Qızıl Aypara Cəmiyyətinin NPVY əməkdaşı Çağrı Zincirlioğlunun moderatorluğu ilə həyata keçirilmişdir.


İştirakçılar ssenari əsasında təşkil olunmuş qrup işləri, tapşırıqlar və müzakirələr vasitəsilə təlim boyu fəal iştirak etmişlər.


Təlimin sonunda iştirakçılar NPVY Səviyyə 2 sertifikatları ilə təltif olunmuşlar.