AzQAC istehsalat təcrübəsi keçən tələbələrlə görüşüb

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC istehsalat təcrübəsi keçən tələbələrlə görüşüb
 AzRCS met with students undergoing practical experience

30 aprel 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində Azərbaycan Dillər Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Slavyan Universiteti və Qərbi Kaspi Universitetlərinin istehsalat təcrübəsi keçən tələbələri ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova tərəfindən geniş seminar keçirilib.


Seminarın əsas məqsədi Beynəlxalq Qızıl Xaç və  Qızıl Aypara Hərəkatının yaranması, əsas missiyaları, prinsipləri ilə bağlı tanış etməkdən ibarət olub.


Sonda isə tələbələri maraqlandıran suallar cavablandırılıb.