1 may 2024-cü il tarixində AzQAC-ın baş ofisində Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında ikitərəfli görüş keçirilib. Görüşdə AzQAC-ın prezidenti Novruz Aslanov, İcraçı katib Ceyhun Mirzəyev, Qarabağ Regional Mərkəzinin Koordinatoru Afaq Hüseynzadə, BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Dragana Koiç, Kooperasiya Koordinatoru Bernard Julier, Jalə Əzizova, Rəvanə Həsənli və Nərmin Mirzəyeva iştirak edib.
Görüşü giriş sözü ilə açan Novruz Aslanov qonaqları AzQAC-ın kollektivi, çoxsaylı könüllüləri və üzvləri adından salamlayıb. Ənənəvi olan görüşün əsas məqsədi iki təşkilat arasında əməkdaşlıq çərçivəsində aparılan mövcüd işlərin və gələcəkdə Qarabağ iqtisadi zonasında planlaşdırılan fəaliyyətlərin müzakirəsi olub.
BQXK-ın Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Dragana Koiç isə öz növbəsində iki təşkilat arasında mövcud olan səmərəli əməkdaşlıqdan, birgə fəaliyyətlər haqqında danışıb.
Sonda, birgə həyata keçirilən fəaliyyətlərdən və layihələrdən danışaraq qarşılıqlı işgüzar münasibətlərin yüksək səviyyədə olduğunu xüsusi qeyd edib.
Görüş zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.