2 may
2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində Azərbaycan
Dillər Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Slavyan
Universiteti və Qərbi Kaspi Universitetlərinin istehsalat təcrübəsi keçən tələbələri
üçün BQXK Bakı nümayəndəliyinin Hüquq məsləhətçisi Jalə
Əzizova tərəfindən təlim keçirilib.
Görüşün
əsas məqsədi Beynəlxalq Qızıl Xaç və
Qızıl Aypara Hərəkatının yaranması, əsas missiyaları, prinsipləri, Beynəlxalq
humanitar hüquq, Cenevrə Konvensiyaları və s. ətrafında müzakirə aparılması olub.
Sonda isə tələbələri maraqlandıran suallar cavablandırılıb.