Fövqəladə Mobil Könüllü Dəstələr tərəfindən “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” haqqında yayım sessiyaları keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Fövqəladə Mobil Könüllü Dəstələr tərəfindən “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” haqqında yayım sessiyaları keçirilib
Dissemination sessions on "International Red Cross and Red Crescent Movement" were held by Emergency Mobile Volunteer Teams

Fövqəladə Mobil Könüllü Dəstələr tərəfindən “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” haqqında yayım sessiyaları keçirilib.
 
Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) müntəzəm fəaliyyətlərinin bir hissəsi olaraq,FMKD-nın üzvləri məktəblərdə “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” haqqında yayım sessiyaları keçirilib. Bu sessiyaların əsas məqsədi Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında bilikləri bölüşmək, rayon bölməsini və onun könüllülərini ictimaiyyətə təqdim etməkdən ibarət olub.


Sessiyalar zamanı könüllülər şagirdlərə Hərəkatın tarixi, onun əsas prinsipləri və emblemləri, həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti və onun fəaliyyətləri baradə ətraflı məlumat verilmişdir.

 
Bunla birgə, sessiyalar şagirdlər üçün interaktiv məşğələləri əhatə edib və sual-cavab ilə başa çatıb.Belə ki, 2024-cü ilin aprel ayında AzQAC-ın Tərtər, Ağdam, Füzuli, Tovuz, Cəbrayıl, Qazax və Bərdə rayon bölmələrinin könüllüləri tərəfindən  ümumilikdə 8 yayım sessiyası həyata keçirilib.