İtaliya Qızıl Xaç Cəmiyyətinin nümayəndəsi Azərbaycan Qızıl Aypara Cəmiyyətində
Əsas səhifə / XƏBƏRLƏR / İtaliya Qızıl Xaç Cəmiyyətinin nümayəndəsi Azərbaycan Qızıl Aypara Cəmiyyətində
7 may 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində İtaliya Qızıl Xaç Cəmiyyətinin Qafqaz regionu üzrə nümayəndəsi Simona Rescigno ilə görüş keçirilib.
Görüşün əsas məqsədi AzQAC tərəfindən icmalarda və məktəblərdə fəlakət risklərinin azaldılması layihəsi haqqında müzakirəsi olub. Bu layihənin Lənkəran, Lerik, Astara bölgələrində həyata keçirilməsi nəzərdə tutulur.
Müzakirələr zamanı layihə ilə bağlı təkliflər verilmiş, həyata keçiriləcək işlərlə və prosesin gedişi ilə bağlı fikir mübadiləsi aparılmışdır.