Mayın 8-i „Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Günü“ kimi qeyd olunur. Bu, Beynəlxalq Qızıl Xaç
Komitəsinin yaradıcısı Anri Dünanın anadan olduğu gündür.
Hər il „Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Günü“ humanitar təşkilatların bütün dünyada ehtiyacı
olanlara kömək etməkdə oynadığı mühüm rolu qeyd etmək imkanı verir. Bu həm də
könüllüləri, tibb işçilərini və humanitar yardım prinsiplərinə xidmət edən hər
kəsi tanımaq və dəstəkləmək vaxtıdır.
8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı
günü münasibətilə AzQAC-ın Baş ofisində iclas keçirildi. İclasda Cəmiyyətin Ali
rəhbərliyi, katibliyi və əməkdaşları iştirak etdilər. İclası giriş sözü ilə
açan AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Cəmiyyətin
kollektivini, çoxsaylı üzvlərini və könüllülərini 8 May Beynəlxalq Qızıl Xaç və
Qızıl Aypara Hərəkatı günü münasibətilə təbrik etdi.
Cəmiyyətin prezidenti çıxışında bu günün önəminə
uyğun olaraq Hərəkatın tarixi haqqında qısa məlumat verdi. Həmçinin, AzQAC-ın Beynəlxalq Qızıl Xaç və Qızıl
Aypara Hərəkatının tərkib hissəsi kimi öz humanitar
missiyasını layiqincə davam etdiyini, xüsusi olaraq qeyd etdi. 1994-cü ildə Ulu
Öndər Heydər Əliyevin təklifi ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən
AzQAC respublikada BQX/QAC Federasiyasının tam, daimi və bərabərhüquqlu
üzvü kimi rəsmən tanınmışdır. Dövlət dəstəyinin önəmini xüsusi olaraq
vurğulayan Novruz Aslanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin imzaladığı AzQAC haqqında Qanunun buna misal olduğunu bildirdi.
Daha sonra çıxış edən Cəmiyyətin
vitse-prezidenti Qafar Əsgərzadə AzQAC-ın 1999-cu ildən bu yana özünün inkişaf
dövründə dönüş yaranmasını qeyd etdi. Xüsusilə, bu yolda rastlaşan çətinliklər
barədə və onların həlli barədə fikir mübadiləsi aparıldı.
Sonda xatirə şəkili çəkilmişdir.