07 may 2024 – cü il tarixində İtaliya Qızıl Xaç Cəmiyyətinin Cənubi Qafqaz üzrə nümayəndəsi Simona Rescigno, AzQAC-ın İcraçı katibin müavini Elşən Səlimzadə, Sağlamlıq və Qayğı şöbəsinin rəhbəri Əminə Cabbarova AzQAC Sumqayıt şəhər bölməsinin qonağı oldu.
AzQAC
Sumqayıt Regional Mərkəzinin Koordinatoru Mətanət Məhərrəmova qonaqları
salamlayaraq bölmədə görülən fəaliyyətlər barədə məlumat verdi . Daha sonra
İtaliya Qızıl Xaç Cəmiyyətinin nümayəndəsi Simona Rescigno bölmə könüllürləri
ilə tanış olduqdan sonra Fövqəladə hallarda könüllülərin idarə edilməsi ve
hazirliq mövzusunda söhbət açdı.
Könüllülərin
mövzu əsasında fikirləri qrup şəklində müzakirə edildi.
Tərəfləri
maraqlandıran sualları cavablandırıldı.