8 may 2024-cü il tarixində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş ofisində İtaliya Qızıl Xaç Cəmiyyətinin Qafqaz region üzrə nümayəndəsi Simona Rescigno ilə görüş keçirilib. Görüşdə İcraçı katibin müavini Elşən Səlimzadə, Sağlamlıq və Qayğı şöbəsinin müdiri Əminə Cabbarova, Beynəlxalq Qızıl Xaç Federasiyanın Azərbaycandakı nümayəndəliyinin proqramlar və əməliyyatlar üzrə meneceri Serdar Günel iştirak ediblər.
Görüşün əsas məqsədi AzQAC tərəfindən icmalarda
və məktəblərdə fəlakət risklərinin azaldılması layihəsi haqqında müzakirəsi
olub. Bu layihənin Lənkəran, Lerik, Astara bölgələrində həyata
keçirilməsi nəzərdə tutulur. Eyni zamanda Simona Rescigno layihə üzrə və
könüllülərlə əlaqəli öz təcrübəsini bölüşüb.
Müzakirələr
zamanı layihə ilə bağlı təkliflər verilmiş, həyata keçiriləcək işlərlə və prosesin
gedişi ilə bağlı fikir mübadiləsi aparılmışdır.