May ayının 10-u Ümummilli lider, Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşarlıq qazanmış, eləcə də, AzQAC-ın tarixində silinməz iz buraxmış Ulu öndər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri Üzvü Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür.
Ulu
öndər Heydər Əliyevin dəstəyi, diqqət və qayğısı ilə AzQAC-ın fəaliyyətinin
gücləndirilməsi məqsədilə bir sıra Sərəncamlar imzalanmış, qərarlar qəbul
edilmiş, beynəlxalq aləmdə tanınan təşkilata çevrilmişdir. Azərbaycan
Respublikası müstəqillik əldə etdikdən sonra, məhz Ulu Öndər Heydər Əliyevin
təşəbbüsü ilə 1994-cü il 25 noyabr tarixində 926 saylı “Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin işini yaxşılaşdırmaq haqqında” qərara əsasən, Azərbaycan Qızıl
Aypara Cəmiyyəti rəsmən dövlət tərəfindən tanındı və respublikada Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara hərəkətının tərkib hissəsi kimi fəaliyyət göstərən
yeganə rəsmi milli cəmiyyət elan olundu.
2024-cü il 10 may tarixində Ulu öndər Heydər Əliyevin 101-ci ildönümü münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi, çoxsaylı kollektivi, üzvləri və könüllüləri öz dərin hörmət və ehtiramını ifadə etmək üçün “Fəxri Xiyaban”da onun məzarını ziyarət etmiş, abidəsi önünə çiçəklər düzmüş, ruhuna dualar oxumuşlar.