11 may 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC), Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQACF/IFRC), Beynəlxalq Qızıl Xaç Komitəsinin və Türk Kızılay Cəmiyyətinin Azərbaycan nümayəndəlikliərin birgə təşkilatçılığı ilə 8 may “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Günü”nə və Qarabağ İqtisadi zonasında həyata keçiriləcək fəaliyyətlər haqqında strateji müzakirəyə həsr olunmuş geniş tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov, Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyasının Cənubi Qafqaz ölkələri
üzrə nümayəndəliyinin rəhbəri Davron Muhammadiyev, BQXK-nın Azərbaycandakı
nümayəndəliyinin başçısı xanım Draqana Koiç, Türk
Kızılay Cəmiyyətinin Azərbaycandakı nümayəndəsi Hüseyn Çitak iştirak
ediblər.
Tədbirin əsas məqsədi son 5 ildə keçirilən fəaliyyətlər haqqında müzakirələr,
8 may “Ümümdünya Qızıl Xaç və Qızıl Aypara Günü”nün qeyd olunması, dörd təşkilatın
birgə sıx əməkdaşlığı və AzQAC-ın Qarabağ İqtisadi zonasında növbəti illərdə müxtəlif
istiqamətdə fəaliyyətlərinin təqdimatı olub.
Tədbiri giriş
sözü ilə açan Novruz Aslanov hər kəsi AzQAC-ın rəhbərliyi, könüllüləri və
Cəmiyyətin çoxsaylı üzvləri adından salamlayaraq, Hərəkatdaxili görülən işlər,
qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən humanitar layihələr barədə
danışdı. O, COVID-19 pandemiyası dövründə Beynəlxalq Qızıl Xaç və Qızıl
Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi və Türk Kızılay Cəmiyyəti tərəfindən göstərilən dəstəkləri
xüsusi vurğuladı. Daha sonra Novruz Aslanov tərəfdaşlarla AzQAC-ın
2021-2025-ci illər Strateji Planına uyğun olaraq, əsas istiqamətlərindən biri kimi
AzQAC Qarabağ Regional Mərkəzinin və ona daxil olan şəhər, rayon bölmələrinin
yenidən qurulması Cəmiyyət üçün prioritet məsələ olduğunu vurğuladı.
Natiqlər - Davron Muhammadiyev və Draqana Koiç da
öz növbəsində iştirakçıları salamladılar və tərəfdaşlarla keçiriləcək humanitar
əlaqələrin vacibliyindən danışdılar. Onlar da fəaliyyətlərin daha şəffaf və daha
uğurlu olması üçün çalışacaqlarını bildirdilər.
Tədbir “Florens Naytingel” medalına layiq görülmüş
Firuzə Əliyevanın çıxışıyla yadda qaldı. Firuzə xanım keçdiyi şərəfli yoldan söz
açaraq, işlədiyi dövr ərzində üzləşdiyi çətinliklərdən bəhs etdi. Çıxışının sonunda
Firuzə xanıma tədbirin təşkilatçılırına minnətdarlığını ifadə etdi. Daha sonra Türk Kızılay Cəmiyyətinin Azərbaycandakı nümayəndəsi
Hüseyn Çitak BQXQACF/IFRC və AzQAC-ın birlikdə həyata keçirdikləri işlərdən
və layihələrdən bəhs etdi, Türk Kızılay Cəmiyyətinin Azərbaycanda həyata
keçirdiyi fəaliyyətləri xüsusi vurğuladı. Sonda, tədbir iştirakçıları müzakirə edilən məsələlərlə
bağlı fikir mübadiləsi apardılar, işci qrupunun yaradılması və s. təkliflər irəli
sürdülər. Tədbirin sonunda xatirə şəkli çəkildi.
Tədbir “Florens Naytingel” medalına layiq görülmüş
Firuzə Əliyevanın çıxışıyla yadda qaldı. Firuzə xanım keçdiyi şərəfli yoldan söz
açaraq, işlədiyi dövr ərzində üzləşdiyi çətinliklərdən bəhs etdi. Çıxışının sonunda
Firuzə xanıma tədbirin təşkilatçılırına minnətdarlığını ifadə etdi.