2024-cü ilin yanvar
ayından başlayaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsi
ilə birgə əməkdaşlıq çərçivəsində "Risklər barədə maarifləndirmə və təhlükəsiz
davranış" mövzusunda silsilə maarifləndirmə sessiyalarına start vermişdir.
Maarifləndirici sessiyalarının keçirilməsində əsas məqsəd keçmiş təmas xəttinə
yaxın kəndlərdə mina və partlamamış hərbi sursatlarla (PHS) bağlı məlumatlılığın
artırılması, mümkün risk faktorunun minimuma endirilməsidir.
Fəaliyyətlər
Qazax, Gədəbəy, Tovuz, Daşkəsən, Goranboy,Tərtər, Ağdam, Bərdə, Füzuli və Cəbrayıl
rayonlarında “Qapı-qapı” və “Məktəb” sessiyaları formatında həyata keçirilir.
Maarifləndirmə sessiyalarının hər iki
formasında xəbərdaredici və məlumatlandırıcı nişanlar, mina təhlükələrindən
qorunmaq barədə məlumatlar verilib. Daha sonra maarifləndirici broşura
paylanılıb, şagirdlər dəftər və aidiyyatlı əyani vəsaitlərlə təmin olunub, təhlükə
zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri haqqında məlumat verilib.
Mina və PHS
təhlükəsi ilə bağlı maarifləndirici sessiyalara yanvar-may ayları üzrə
ümumilikdə 9000 nəfərdən çox əhali qrupu
cəlb edilib. Sessiyaların keçirilməsinin digər ərazilərdə də silsilə şəklində
davam etdirilməsi nəzərdə tutulub.
Fəaliyyətlərdə
AzQAC-ın Silahlara Qarşı Mübarizə proqramının koordinatoru Məmməd Kətanov, layihənin
sahə əməkdaşı Renat Vəliyev, BQXK-nın Silahların Yaratdığı Təhlükələr şöbəsinin
əməkdaşları Rövşən Hümbətov, Nicat Məmmədov, Çingiz Rəhmanov, Seymur Yusifli, rayon bölmə sədrləri və
könüllüləri iştirak ediblər.
Bu fəaliyyətlərin həyata keçirilməsində səmərəli əməkdaşlığa,
eyni zamanda göstərdikləri hərtərəfli dəstəyə görə Beynəlxalq Qızıl Xaç Komitəsinin
Azərbaycandakı nümayəndəliyinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.