AzQAC və Türk Qızılay Cəmiyyəti əməkdaşlığı çərşivəsində layihə haqda görüş keçirildi

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC və Türk Qızılay Cəmiyyəti əməkdaşlığı çərşivəsində layihə haqda görüş keçirildi
A meeting about the project was held within the framework of cooperation between AzRCS and the Turkish Red Crescent Society

16 may 2024-cü il tarixində AzQAC-ın baş ofisində Sağlamlıq və Qayğı şöbəsinin müdiri Əminə Cabbarova, Türk Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəsi Hüseyin Çıtak, İcraçı Katibin müavini Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova, Miqrantlarla təhsil üzrə mütəxəssis Sona Hacıyeva və Fandreyzing Layihələri İçracısı Vüsalə Abbaszadə "Sevgi boğçası" layihəsi ilə bağlı görüşdə iştirak etdilər.
 
Türk Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkil etdiyi “Sevgi Boğçası” layihəsi ehtiyacı olan hamilə qadınlarla əlaqə saxlamaq, onlara doğuş zamanı ilə bağlı təlimlər keçməklə ana və uşaq sağlamlığına töhfə verməkdən ibarətdir.