16 may 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində Azərbaycan Dillər Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Slavyan Universiteti və Qərbi Kaspian Universitetlərinin istehsalat təcrübəsi keçən tələbələri ilə Cəmiyyətin Psixi Sağlamlıq və Psixososial Dəstək (PSPSD) üzrə mütəxəssisi Nigar Qədəşova ilə görüş keçirilib.
Görüşün əsas məqsədi psixi sağlamlıq normaları,
stress zamanı nə etməli, təşvişin idarə olunması ilə bağlı mövzulardan ibarət
olub.
Görüşün sonunda tələbələri maraqlandıran suallar
cavablandırılıb.