Lənkəran rayonundakı Xüsusi tipli internat məktəbində tədbir keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Lənkəran rayonundakı Xüsusi tipli internat məktəbində tədbir keçirilib
An event was held at a special boarding school in Lankaran district

20 may 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatcılığı və Türk Kızılayının maliyyə dəstəyi ilə Lənkəran rayonunda yerləşən Xüsusi tipli internat məktəbində kitabxana təşkil edilmişdir. Kitabxananın açılışı zamanı Türkiyənin Azərbaycandakı  fövqəladə  və səlahiyyətli  səfiri Cahit Bağçı, səfirliyin əməkdaşları, türk iş adamları, AzQAC-ın İcraçı Katibinin müavini, Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova, AzQAC-ın Lənkəran Regional Mərkəzinin koordinatoru Zəfər Miriyev, AzQAC-ın Lənkəran rayon bölməsinin sədri Elvin Səmədov, Türk Kızılayının Qafqaz regionu üzrə nümayəndəliyinin rəhbəri Hüseyin Çıtak, AzQAC-ın könüllüləri, rayon rəhbərliyi iştirak etmişdilər.



Tədbir iştirakçıları ilk öncə məktəbdə uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olub, daha sonra kitabxananın açılışı təşkil edilmişdir. Tədbir zamanı Türkiyənin Azərbaycandakı  fövqəladə  və səlahiyyətli  səfiri Cahit Bağçı və məktəbin direktoru çıxış etmişlər. Tədbirin davamında uşaqlar tərəfindən hazırlanmış bədii hissə təşkil olundunmuşdur. Kitabxanaya 1500-dən çox kitab, stol, stul, divan, uşaqlar üçün idman ləvazimatları və geyimlər hədiyyə edilmişdir.


Tədbirin davamında 2 nömrəli ailə tipli kiçik qrup evinə baş çəkilmiş və onlara kitablar, geyimlər və oyuncaqlar hədiyyə edilmişdir.


Azərbaycan Qızıl Aypara Cəmiyyəti olaraq tədbirin təşkil olunmasında əməyi olan bütün iştirakçılara təşəkkürümüzü bildiririk.