''Sevgi Boğçası'' layihəsi ilə bağlı növbəti görüş keçirildi

Əsas səhifə / XƏBƏRLƏR / ''Sevgi Boğçası'' layihəsi ilə bağlı növbəti görüş keçirildi
The next meeting regarding the "Love Bundle" project was held

21 may 2024-cü il tarixində UNICEF-in Azərbaycandakı baş ofisində  AzQAC-ın Sağlamlıq və Qayğı şöbəsinin müdiri Əminə Cabbarova, Türk Kızılayın Qafqaz regionu üzrə nümayəndəliyinin rəhbəri Hüseyin Çıtak və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin Erkən Uşaq İnkişaf üzrə Mütəxəssisi Yelena İsrafilova  "Sevgi boğçası" layihəsi ilə bağlı növbəti görüşdə iştirak ediblər.

 
Görüşdə rayonlarda həyata keçiriləcək gələcək planlar, patronaj tibb bacılarının, AzQAC-ın könüllülərinin cəlb edilməsi və onlar üçün təlimlərin keçirilməsi müzakirə olunub.
 
UNICEF tərəfindən hazırlanan təlim materialları, birgə əməkdaşlıq çərçivəsində AzQAC tərəfindən istifadə olunacaq.