Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) üzvləri üçün “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” üzrə praktiki sessiyalar keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) üzvləri üçün “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” üzrə praktiki sessiyalar keçirilib
 Training sessions on the ‘International Red Cross and Red Crescent Movement’ for members of Emergency Mobile Volunteer Teams were held

30 aprel – 02 may və 14-16 may 2024-cü il tarixlərində, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Tərtər və Ağdam rayon bölmələrinin könüllüləri üçün “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” üzrə praktiki sessiyalar keçirilib.


Sessiyaların əsas məqsədi Azərbaycan Qızıl Aypara Cəmiyyətini ictimaiyyətdə layiqincə təmsil etmək üçün könüllülərin Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı üzrə biliklərini artırmaqdır.


Sessiyalar zamanı könüllülərə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tarixi, Hərəkatın tərkib hissələri, Hərəkatın əsas prinsipləri, humanizm emblemləri və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətləri baradə ətraflı məlumat verilib.


Kursda AzQAC-ın Ağdam və Tərtər rayon bölmələrindən ümumilikdə 25 könüllü iştirak edib.