21 may 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Azərbaycan dili kursunun müəllimi Sona Hacıyeva Xəzər universitetinin miqrant tələbələri və kurs rəhbərliyinin dəvəti ilə universitetdə təşkil edilən böyük ədəbi-bədii musiqili proqramda iştirak edib.
Səriştəli aparıcılar, müxtəlif ölkələrin
tələbə nümayəndələrinin ölkələri haqqında hazırladıqları maraqlı təqdimatlar,
onların ifasında səslənən vətənə aid
mahnılar, milli geyimlərdə ifa etdikləri gözəl rəqslər, tələbə orkestri
tərəfindən səsləndirilən Üzeyir
Hacıbəyovun “Arazbarı” simfonik muğamı, məşhur dünya bəstəkarların əsərləri iştirakçılar
tərəfindən böyük coşqu ilə qarşılandı.
Tədbirdə səfirliklərin nümayəndələri, təhsil
mərkəzlərinin rəhbərləri, Xəzər Universitetinin rektor və müəllim heyəti və
digər dəvətli qonaqlar iştirak ediblər. Tədbir boyu əfqan tələbələr öz çıxışları,
maraqlı viktorinaları ilə çox rəğbət qazandılar.
Sona Hacıyeva miqrasiya şöbəsi və AzQAC rəhbərliyi
adından universitet rəhbərliyinə, müəllimlərinə və təşəbbüskar qrup üzvlərinə
minnətdarlıq edib və Əfqanıstan, Pakistan, Qana, Serra-Lionne, Mərakeş,
İndoneziya, Çin, Malayziya, Rusiya, Komor və Azərbaycandan olan tələbələri nəzərdə
tutaraq, bu birliyin və mehribanlığın dünya xalqlarının firavan inkişafında və
mədəniyyətlərarası inteqrasiyasında mühim rol oynadığını söyləyib.
Universitet müəllim heyəti öz növbələrində miqrantlara təmənnasız
Azərbaycan dili kursu təşəbbüsünə görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinə, o
cümlədən müəllimə Sona Hacıyevaya minnətdarlıq ediblər.