Miqrant uşaqlar və valideynlər Dünya Muzey günündə muzeyləri ziyarət etdilər
Əsas səhifə / XƏBƏRLƏR / Miqrant uşaqlar və valideynlər Dünya Muzey günündə muzeyləri ziyarət etdilər
18 may 2024-ci ildə Azərbaycanın tanınmış təhsil mərkəzlərində olan “Green Start Academy” rəhbərliyinin dəvəti ilə miqrant ailələr muzeylərə dəvət olunmuşdular. 30-a yaxın miqrant ailəsi Nizami muzeyində olub və təhsil mərkəzinin məsul nümayəndələri Nigar Mahmudova, Şəbnəm İsmayılzadə miqrant ailələrini yardımçı olmuşlar.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Azərbaycan dili kursunun 30 miqrant şagirdi Muzeydəki eksponatlar, şəkillərlə yaxından maraqlanmış, Dahi Azərbaycan şairi Nizami və onları maraqlandıran suallara bələdçi və əməkdaşlar tərəfindən cavab almışlar. Nigar xanım imkan olduqca belə akademik gəzintilərin, maraqlı tədbirlərin çox olacağını və miqrant şagirdlərin də dəvət olunacağını onların diqqətinə çatdırdı.
Miqrant ailələr Azərbaycan Qızıl Aypara Cəmiyyətinə və “Green Start Academy” təhsil mərkəzinin rəhbərliyinə hörmət və qayğı üçün təşəkkür etdilər.
Nigar xanım “Green Start Academy”-nin direktoru Aysel Rəsulzadənin də miqrant uşaqlarla təmas quraraq onları öz təlim və tədbirlərində görmək, onlarla daha sıx əlaqə yaratmaq istədiyini bildirdi.