AzQAC-ın Sumqayıt şəhər bölməsində “Gigiyena və şəxsi təmizlik” mövzusunda seminar keçirildi

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Sumqayıt şəhər bölməsində “Gigiyena və şəxsi təmizlik” mövzusunda seminar keçirildi
 A seminar on “Hygiene and personal hygiene” was held in the Sumgait city branch of the Azerbaijan Red Crescent Society

21may  2024-cü il tarixində AzQAC-ın Sumqayıt şəhər bölməsində “Gigiyena və şəxsi təmizlik” mövzusunda seminar keçirilib. Seminarda Sumqayıt Dövlət Universitetin “Tarix və coğrafiya” fakültəsinin “Fəlsəfə, sosiologiya və politologiya” kafedrasının baş müəllimi Günel Adıgözəlova və bölmədə təcrübədə olan tələbələr iştirak edib.
 

Tədbiri giriş sözü ilə  AzQAC-ın Sumqayıt Regional Mərkəzin Koordinatoru  Mətanət Məhərrəmova açaraq dinləyiciləri salamlayıb, bu mövzuda seminarların vacibliyi  haqqında məlumat verib. Daha sonra, tələbələrə şəxsi gigiyena, dəri və ağız baxımı, düzgün əl yuma qaydaları haqqında məlumat vermək və praktiki göstərmək üçün söz mövzular üzrə təlim almış bölmə təlimatçısı Lalə Cəlilzadəyə verilmişdir.

 
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.