2024-cü ilin aprel və may aylarında Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə birgə əməkdaşlıq çərçivəsində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda silsilə maarifləndirmə sessiyaları həyata keçirilir. Maarifləndirici sessiyalarının keçirilməsində əsas məqsəd “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair” I Dövlət Proqramının icrası çərçivəsində mərhələli şəkildə köçürülməsi nəzərdə tutulan məcburi köçkünlərin mina və partlamamış hərbi sursatlarla (PHS) bağlı məlumatlılığının artırılması, mümkün risk faktorunun minimuma endirilməsidir.
İlk
mərhələdə sessiyalar Bakı şəhərində keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları
Abşeron rayondakı Mehdiabad yaşayış kompleksində ayrı-ayrılıqda vətəndaşlar və
məktəblilər üçün təşkil olunub.
"Qapı-qapı" və "Məktəb" formatında keçirilən maarifləndirici sessiyalar
AzQAC-ın 3 mütəxəssis və 10 könüllüdən
ibarət heyəti tərəfindən gerçəkləşdirilib.
“Qapı-qapı” sessiyasında təlimçilər mənzillərə gedərək ailə üzvlərinə zəruri
məlumatlar verib, onların suallarını cavablandırıblar. “Məktəb” sessiyasında isə
sessiyalar sinif otaqlarında şagird qrupları üçün interaktiv formada keçirilib.
Maarifləndirmə
sessiyalarının hər iki formasında xəbərdaredici və məlumatlandırıcı nişanlar, mina
təhlükələrindən qorunmaq barədə məlumatlar verilib. Daha sonra maarifləndirici
broşürlər paylanılıb, əyani vəsaitlərdən istifadə edilib, təhlükə zamanı müraciət
edilə biləcək dövlət qurumları və əlaqə vasitələri xatırladılıb.
Mina
və PHS təhlükəsi ilə bağlı maarifləndirici sessiyalara bu vaxta qədər Qobu Park
və Mehdiabad qəsəbələrində ümumilikdə 5000 nəfərdən çox əhali qrupu cəlb edilib. Sessiyaların
keçmiş məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə də silsilə şəklində
davam etdirilməsi nəzərdə tutulub.
Fəaliyyətlərdə
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Silahlara Qarşı Mübarizə Proqramının
koordinatoru Məmməd Kətanov, layihənin koordinator müavini Renat Vəliyev və
AzQAC-ın könüllüləri iştirak ediblər.
Bu
fəaliyyətlərin həyata keçrilməsində səmərəli əməkdaşlığa, eyni zamanda göstərdikləri
hərtərəfli dəstəyə görə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinə, BQX və QAC Federasiyasına təşəkkürümüzü
bildiririk.