24 may 2024-cü il tarixində AzQAC-ın baş ofisində ilk yardım üzrə görüş keçirilib.
Görüşün əsas məqsədi ilk yardım üzrə materialların hazırlanması, beynəlxalq təcrübəyə əsaslanan ədəbiyyatın istifadəsi və təlimçilərin müəyyən təcrübələrə çatması üzrə müzakirələrdən ibarət olub.
Görüşdə Sağlamlıq və Qayğı şöbəsinin müdiri Əminə Cabbarova, Türk Qızılay Cəmiyyətinin nümayəndəsi Hüseyin Çitak, İlk Yardım üzrə məsul şəxs İlkinə Ağayeva, ilk Yardım üzrə məsləhətçi Nəbil Seyidov, ICRC Hərəkatı üzrə əməkdaş Elnarə Ağayeva iştirak ediblər.